• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Siyasət

16-04-2024, 14:56

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5 məsələnin daxil edildiyini söyləyib.
Komitə sədri birinci məsələnin “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, ölkə Konstitusiyasına, bu sahədə qoşulduğumuz konvensiyalara uyğun olduğunu deyib.
Sonra iclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının tikintisi son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanun layihəsinin hazırlanması zərurəti qeyd olunub.
Bildirilib ki, layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.
Komitə üzvü Nurlan Həsənov məsələ ilə bağlı çıxışında dənizdə süni torpaq sahələrinin yaradılması və bunun müxtəlif istifadə məqsədləri ilə bağlı beynəlxalq təcrübədə mövcud olan nümunələr barədə danışıb. Qeyd edilib ki, təqdim olunan qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Tahir Kərimli, Fəzail Ağamalı öz fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov səsləndirilən fikirlərə münasibət bildirib.
Sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, Prezidentin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışların təhlil edilməsi, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflərin hazırlanması nəzərdə tutulur. Təqdim edilən qanun layihəsi yuxarıda qeyd olunanların təmin edilməsi məqsədilə hazırlanıb.
Sənəddə qanunun 8.1.3-cü maddəsinə 2-ci kateqoriya dövlət orqanları sırasına Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi əlavə edilir. Habelə, yeni redaksiyada təqdim olunan İnzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlı 11-ci maddədə müəyyən dəyişikliklər nəzərdə tutulur.
Gündəliyin növbəti məsələsi - Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə dair bildirilib ki, sənəd Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, Şuranın fəaliyyət istiqamətlərinə dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsi, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi kimi səlahiyyətlər əlavə edilir.
Sonra Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihədə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrlə bağlı bölmələrdə müəyyən düzəlişlər nəzərdə tutulur.
Sonra gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.
Sənədə əsasən, Mülki Prosessual Məcəllənin 350.4-cü və Ailə Məcəlləsinin 68.6-cı, 118.20-ci maddələrinə təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsidir. Bununla yanaşı, Ailə Məcəlləsinin 13.3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədi ilə bu Məcəllənin 11.1-ci və 171.2-ci maddələrinə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Layihədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışın təqdim edilməli olduğu şəxslərin siyahısının genişləndirilməsi, yəni həmin sənədlərin təkcə barəsində akt qeydi tərtib edilmiş şəxsin müraciəti əsasında deyil, həmçinin şəxsin qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs və barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə də verilməsi təklif edilir.
Sənəddə “Dövlət rüsumu haqqında” Qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” sözlərindən sonra “şəhadətnamə” sözünün əlavə edilməsi təklif edilir. Həmçinin, “Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur.
İclasda gündəlikdə olan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.
Tədbirdə komitə üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İskəndərov, Erkin Qədirli, Elşən Musayev, Bəhruz Məhərrəmov, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasındaHüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasındaHüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Oxunub: 100303
Paylaş:
Digər xəbərlər

Siyasət

8-04-2024, 14:11

Elm və təhsil komitəsinin iclasında

Siyasət

5-04-2024, 22:19

Milli Məclisin iclasında

Araşdırma
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə