• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE

Cəmiyyət / Gündəm

Dün, 21:30

Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib.

Vüqar Zifər oğlu Əliyev (Zifəroğlu) 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində dünyaya gəlib. O, orta təhsilini 190 nömrəli məktəbdə alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. Onun 1997-ci ildən etibarən mediada analitik və araşdırma məqalələri dərc olunmağa başlayıb.

Bu günədək isə böyük hissəsi analitik janr olmaqla, 100-dən artıq məqaləsi mətbuatda yayımlanıb.

O, 2001-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində çalışmağa başlayıb. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışıb. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ildən etibarən isə Jurnalistika fakültəsinin dekanı kimi çalışmağa başlayıb.

O, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi, həmçinin, İdarə heyətinin sədridir.

Vüqar Zifəroğıu 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru olan Vüqar Zifəroğlu bir neçə monoqrafiyanın da müəllifidir. Dörd kitabın ("Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə" (Bakı, 2003); "Xəsryəhudi-xəzər yazışması" (Bakı, 2009); "Sirr" (Bakı, 2013), "Azərbaycan hökmdarları: Səfəvilər" (Bakı, 2016)) və iki monoqrafiyanın ("Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" (Bakı, 2006); "Media imperiyası" (Bakı, 2012)) müəllifi, unudulmaz müəllim və jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göctəricinin və dörd tədris proqramının müəllifidir.

2010-cu ilin fevral ayının 4–6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş "Uşaq hüquqları və jurnalistika" praktik seminarının iştirakçısı olub. 2010-cu il dekabrın 2–5-də Lefkedə (K. K. T. C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransında iştirak edib, "Ortaq Türk İnformasiya məkanının formalaşdırılması" mövzusunda çıxış edib.

Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi alıb. 2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə "Qərbi Avropa dillərində türkizmlər" məqaləsinə görə I yerə layiq görülüb, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılıb.

 

Oxunub: 1002
Paylaş:
Digər xəbərlər

Siyasət

1-10-2025, 18:01

Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub

Cəmiyyət

6-05-2025, 11:30

Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür

Cəmiyyət

6-05-2026, 22:16

Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür

Gündəm / Cəmiyyət

Dün, 21:22

Jurnalistlərin IX qurultayı keçirildi

Gündəm / Siyasət

13-01-2026, 11:21

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib

Araşdırma
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • Dün, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • Dün, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • Dün, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • Dün, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə