• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir

İqtisadiyyat

18-04-2024, 14:03

Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir Taleh Mirzəyev - ADPU İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin redaktoru

Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun, xüsusən də böyük potensialı olan aqrar sektorun inkişfı üçün təminatların yaradılması istiqamətində çox böyük layihələr və dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri də suvarma sistemlərinin artılrılması və təkmillədirilməsi ilə bağlıdır. Son illərdə bir çox yeni su anbarları, su kanalları çəkilir və mövcud sistemlər əsaslı təmir olunur.
Həyata keçirilən bu infrastruktur layihələri çərçivəsində Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şirvan suvarma kanalının əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: “Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək”.
Yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün də əlamətdar hadisədir. Qeyd olunduğu kimi uzun illər ərzində isitismar olunan Şirvan suvarma kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Bu da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi bir imkan deməkdir.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərlə işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır. BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaqdır. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının ümumi su resurslarımızın 25 faizini təşkil etməsini nəzərə alsaq su çatışmazlığının aradan qaldılmasına yönəlmiş addımların ürəkaçan olduğunu qeyd edə bilərik.
Göründüyü kimi, bütün bu həyata keçirilən irimiqyaslı infrastruktur layihələrini heç bir beynəlxalq maliyyə dəstəyi almadan öz hesabına həyata keçirən Azərbaycan strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Ölkə başçısı cənab İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir.

Oxunub: 100296
Paylaş:
Digər xəbərlər
Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 13-11-2026, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • 13-11-2026, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • 13-11-2026, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • 13-11-2026, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə