zamanlabirge.az
zamanlabirge.az

Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək, həmin vəsiqələrin verilməsi media subyektlərinin özləri tərəfindən veriləcək vəsiqələri əvəz etmir - Əhməd İsmayılov

10-12-2021, 12:27

Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək, həmin vəsiqələrin verilməsi media subyektlərinin özləri tərəfindən veriləcək vəsiqələri əvəz etmir - Əhməd İsmayılov Azərbaycanda “Media haqqında” qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.
Ə.İsmayılov bildirib ki, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.
O vurğulayıb ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir:
“Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”, - deyə Ə.İsmayılov bildirib.
Ə.İsmayılov qanun layihəsinə əsasən, media reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək” - deyə Ə.İsmayılov bildirib.
Əhməd İsmayılov RealTV-yə müsahibəsində qeyd edib ki, həmin vəsiqələrin verilməsi media subyektlərinin özləri tərəfindən veriləcək vəsiqələri əvəz etmir, media subyektləri də öz işçilərinə, əməkdaşlarına jurnalist vəsiqələri təqdim edə bilərlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA