zamanlabirge.az
zamanlabirge.az

Ata traktoru aşırdı, oğlu öldü

24-06-2020, 10:08 11 dəfə baxılıb

Ata traktoru aşırdı, oğlu öldü Bərdədə sahədə iş zamanı traktor aşıb. 15 yaşlı oğlan traktorun altında qalaraq ölüb. Biləsuvarda isə maşınla motosikletin toqquşması 1 nəfərin ölümü ilə nəticələnib.
Bərdədə yeniyetmə aşan traktor altında qalaraq ölüb. Hadisə rayonun yeni daşkənd kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 15 yaşlı Elnur Məmmədzadə sahədə işləyən zaman traktor onun üzərinə aşıb. Elnur Məmmədzadə yaxınlarının köməkliyi ilə bərdə mərkəzi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda da bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Səmədabad kənd sakini, Vasif Qasımovun idarə etdiyi minik avtomobili ilə Nərimankənd kənd sakini Ramin Nəzərovun idarə etdiyi motosiklet toqquşub.Qəza nəticəsində motosikletin sürücüsü Ramin Nəzərov hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA