zamanlabirge.az
zamanlabirge.az

Bakıda "avtoritet"ə yas təşkil edildi - SAXLANILANLAR VAR

6-07-2020, 13:11 24 dəfə baxılıb

Bakıda "avtoritet"ə yas təşkil edildi - SAXLANILANLAR VAR Xəbər verdiyimiz kimi, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınmışdı. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşdular.
DİN mətbuat xidmətindən verilən məlumata görə, buna baxmayaraq, bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantinn qaydarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA