zamanlabirge.az
zamanlabirge.az

“Neftçi”nin əfsanəsi yubileyini qeyd edir

27-07-2020, 11:56 9 dəfə baxılıb

“Neftçi”nin əfsanəsi yubileyini qeyd edir Azərbaycan futbolunun veteranı Əsgər Abdullayev yubileyini qeyd edir.
Futbolçu karyerası boyunca yalnız “Neftçi”nin şərəfini qorumuş sabiq müdafiəçinin 60 yaşı tamam olur.
O, 1979-1994-cü illərdə şərəfini qoruduğu “ağ-qaralar”la Azərbaycan çempionu adını qazanıb. Sonradan məşqçi kimi fəaliyyət göstərən mütəxəssis “Şəfa”, “Bakı”, “Olimpik-Şüvəlan”, “Turan”, “Araz Naxçıvan”, “Neftçi” və “Turan-Tovuz” klublarının, həmçinin Azərbaycanın əsas və aşağı yaş qrupları üzrə yığmalarının baş məşqçisi olub.
Qeyd edək ki, Abdullayev federasiya kuboku və keçid turniri nəzərə alınmaqla əfsanəsi olduğu “Neftçi”nin tarixində ən çox oyun keçirən futbolçudur. Onun hesabında 418 matç var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA