zamanlabirge.az
zamanlabirge.az

Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar təqdim etməsi barədə yeni layihələr hazırlanıb

12-03-2021, 16:02

Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar təqdim etməsi barədə yeni layihələr hazırlanıb Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində vəzifəli şəxslər tərəfindən müvafiq bəyannamələrin təqdim edilməsi barədə normativ-hüquqi akt layihələri hazırlanıb.
Bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, hazırda layihələr müvafiq qurumlarla razılaşdırma mərhələsindədir.
Ötən müddətdə baş verən dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan layihələrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayay maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin siyahısı yenidən işlənilib. Eyni zamanda, maliyyə bəyannaməsinə daxil edilən məlumatların dairəsi dəqiqləşdirilib. Bununla yanaşı, maliyyə xarakterli məlumatların təqdim edilməsi müddətləri və bu məlumatların təqdim edilməsinə nəzarətlə bağlı yeni tənzimlənmələr və s. nəzərdə tutulub. Layihələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar haqqında bəyannaməsinin təqdim edilməsi qaydaları və forması da müəyyən edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA