zamanlabirge.az
zamanlabirge.az

Xeyriyyəçi Musa Nağıyevə həsr olunan film çəkiləcək

26-07-2020, 14:54 13 dəfə baxılıb

Xeyriyyəçi Musa Nağıyevə həsr olunan film çəkiləcək "Mənəviyyat carçısı" sənədli filminin çəkilişinə başlanılıb.
Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən çəkiləcək. İyulun 16-17 də baş tutan müsahibədə AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA professoru Cəbi Bəhrəmov, AMEA aparıcı elmi işçisi Nigar Axundova, Binəqədi İcra Hakimiyyəti başçısının müavini Ramiz Göyüşov, Millət Vəkili Jalə Əliyeva iştirak ediblər. Onlar xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı uğrunda ilk addımların atılmasında tarixdəki rolu haqqında, həmçinin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılması səbəblərindən danışıblar. Eləcə də, Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan bəhs olunub.
Layihə çərçivəsində tarixin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.
Layihə rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyevadır. Filmin ssenari müəllifi və rejissor Etibar Məmmədov, redaktor Büllur Cavadqızıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA