zamanlabirge.az
zamanlabirge.az

Deputat Nəsib Məhəməliyev: - Səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir

17-06-2020, 12:40 16 dəfə baxılıb

Deputat Nəsib Məhəməliyev: - Səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir 17 iyun səhiyyə işçilərinin peşə bayramıdır.
Hər il bu əlamətdar gün cəmiyyətimiz tərəfindən geniş şəkildə qeyd olunur. Ancaq bu il, dünyanı bürümüş koronovirus pandemiyası ilə mübarizə kontekstində həkimlərin, ümumiyyətlə səhiyyə işçilərinin gərgin əməyi xalqımız tərəfindən xüsusi olaraq dəyərləndirilir. Onların şərəfinə ölkə başçısının tapşırıqlarına əsasən, ,,Alov qüllələri,, kompleksinin üzərində simvolik işıqlandırma təmin olunmuşdur. Milli Məclis başda olmaqla, koronovirusun müalicəsi ilə bilavasitə məşğul olan, aylarla şəxsi həyatlarını risk altına qoyaraq, ailə üzvləri, övladları ilə görüşə bilməyən qəhrəman həkimlərimiz, bir çox dövlət orqanlarında ayaqüstü alqışlanmışlar. Digər tərəfdən karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, ən xırda nasazlığa görə xarici ölkələrə üz tutan insanlarımız da öz həkimlərimizə üz tuturlar. Belə vəziyyət isə, hesab edirəm ki, milli səhiyyəmizin daha da inkişaf etməsinə xidmət etməli, xalqın öz həkimlərinə olan inamını artırmalıdır.
Əziz həkimlər və səhiyyə işçiləri!
Sizi gözəl, humanist, hər bir pasiyentin ,,ümid çırağı” hesab olunan peşə bayramınız münasibətilə təbrik edirəm, möhkəm can sağlığı, müalicə etdiyiniz xəstələrin alqışlarını və dualarını arzulayıram.!!!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA