zamanlabirge.az
zamanlabirge.az

Deputat: “Ankaranın danışıqlarda hüquqi cəhətdən iştirakı olmadan bölgədə dayanıqlı sülhün bərpası mümkün deyil”

14-10-2020, 18:59

Deputat: “Ankaranın danışıqlarda hüquqi cəhətdən iştirakı olmadan bölgədə dayanıqlı sülhün bərpası mümkün deyil” “Son günlərdə terrorçu Ermənistanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sığmayan hərbi cinayətlərini ancaq bəşəriyyətə qarşı terror aktı hesab etmək olar. Terrorçu dövlət tərəfindən dinc Azərbaycan vətəndaşlarına qarşı terror aktları nəticəsində 40-dan artıq mülki şəxs həlak olub, 200-dən artıq insan yaralanıb, 150-dək mülki obyekt və 1200-dək yaşayış evi yarasız hala düşüb. Hansısa bir şəxsin digəri haqqında işlətdiyi ifadəyə görə haray-həşir qoparaq beynəlxalq təşkilatlar, eyni zamanda beynəlxalq səviyyəli insan hüquq təşkilatları, nədənsə gözlərinin qarşısında terroru, faşiszmi ideologiyasını dövlət səviyyəsində həyata keçirən təcavüzkar Ermənistanın beynəlxalq humanitar qaydalaır və konvensiyaları ayaqlar altına ataraq insanlığa sığmayan vandal, vəhşi hərbi cinayətlərinə və terror aktlarına göz yumub, görməməzlikdən gəlməsi, susqunluq nümayiş etdirməsi nsanlarda həddən artıq ikrah hissi oyatmaqdadır. Beynəlxalq aləmin belə susqun mövqe sərgiləyib görmməməzlikdən gəlməsi insanların hiddətinə səbəb olur. Bu bir daha beynəlxalq aləmin dünyada baş verən hadisələrə ikili münasibət bəsləməsinin bariz nümunəsidir”.
Bunu millət vəkili İltizam Yusifov deyib.
Onun sözlərinə görə, məhz beynəlxalq aləmin təcavüzkar, terrorçu Ermənistanın insanlığa qarşı həyata keçirdiyi vandalizm, terror aktlarına, işğalçılıq siyasətinə göz yummasının nəticəsidir ki, bu gün də həmin insanlığa sığmayan vandalizm əməllərini davam etdirir. “Cəzasız qaldığından həvəslənən terrorçu Ermənistan çox təəssüf ki, insanlığa siğmayan yeni-yeni vandalizm əməllərini və cinayətlərini törədib, mənfur niyyətlərini davam etdirir. İkrah doğurucu məqamlardan biri də ondan ibarətdir ki, bəzi ölkələr azğın, terrorçu Ermənistana nəinki dur deyir, hətta onu silahlandıraraq yeni cinayətlər törətməyə sövq edirlər. Biz hansı ki, son günlərdə buna şahidlik etməkdəyik. Təcavüzkar Ermənistan bir yandan münaqişə bölgəsində humanitar atəşkəslə bağlı sənəd imzalayır, digər tərəfdən isə bəzi ölkələrdən silah alaraq işğalçılıq siyasətini davam etdirir”- deputat bildirib.
O əlavə edib ki, əslində terrorçu Ermənistan bu hərəktləri ilə özünü ifşa edib, pis vəziyyətə salmaqdadır: “Çünki təcavüzkar Ermənistan 27 sentyabrda ölkəmizə qarşı həyata keçirdiyi təxribatdan sonra Azərbaycan ordusu uğurlu əks-hücumdan sonra Paşinyan Rusiyanın əl-ayağına düşərək humanitar atəşkəs əldə edilməsinə çalışdı. Nəticədə oktyabrın 11-da atəşkəslə bağlı sənəd imzalandı, ancaq buna əməl etməyən və pozan da ilk elə təcavüzkar Ermənistan oldu. Təcavüzkar ölkə bu hərəkəti ilə bir daha işğalçılıq mahiyyətini dünyaya nümayiş etdirmiş oldu. Bu bir daha Azərbaycan tərəfinin əks-hücum əməliyyatlarını başlamaqda haqlı olduğunu göstərir. Çünki təcavüzkar ölkə öz niyyətindən geri çəkilmək niyyəti yoxdur. Dünya birliyi, xüsusən də münaqişən in həllində vasitəşilik missiyasını həyata keçirən ATƏT MQ 30 ilə yaxın fəaliyyəti müddətində problemin həlli istiqamətində ciddi addım atmadığına görə, Azərbaycan məcburiyyət qarşısında qalıb mövcud status-kvonu dəyişdi. İstər təcavüzkar Ermənistanın sonuncu Moskva anlaşmasını pozması, istərsə də Azərbaycan tərəfinin status-kvonu dəyişməsi ölkəmizin maraqlarına tan uyğundur və milli maraqlarımıza cavab verir. Sülh və danışıqlar dilini anlamayan təcavüzkarı Azərbaycan ordusu onun başa dü.ə biləcəyi dildə başa salıb, ona lazımı dərsi verərək işğal altında olan torpaqlarımızı işğaldan azad edir. Rəşadətli Azərbaycan ordusu həyata keçirilən əməliyyatla rnəticəsində bir sıra yaşayış məntəqələrini və strateji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Azərbaycan ordusu torpaqları azadetmə missiyası davam edir. Azğın düşmən Azərbaycan ordusu qarşısında tab gətirə bilməyərək geri çəkilib, qaçır. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqları sonadək işğaldan azad edəcək və bayraqlar Qarabağda dalğalanacaq!”.
Deputat onu da əlavə edib ki, haqq mübarizəmizdə qardaç Türkiyə daima Azərbaycanın yanında olub və bundan sonra da olacağını ən yüksək səviyyədə bəyan edirlər: “Onsuz da savaşda əldə olunan qələbə sonda danışıqlar masasında həll olunacaq. Bölgədə sülhün və dayanıqlı sülhün bərqərar olmasında Türkiyənin müstəsna rolu olduğundan, Ankara bölgədə sülhyaratma prosesində yaxından iştirak etməlidir. Son illərdə bölgədə baş verən proseslər bir daha sübut etdi ki, Türkiyə söz sahibi olduğundan, bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması Ankaranın birbaşa hüquqi cəhətdən iştirakı olmadan mümkün deyil. Düzdür, Türkiyə de-fakto danışıqlarda iştirak etsə də, onun danışıqlarda birbaşa iştirakı hüquqiləşdirilməlidir”.
Deputat eyni zamanda təcavüzkar Ermənistanın həyata keçirdiyi informasiya müharibəsində Türkiyə mediasının rolunu yüksək dəyərləndirib. Bildirib ki, ermənilərin Azərbaycan qarşı həyata keçirdiyi yalan, iftira dolu məlumatlarının ifşa olunmasında Türkiyə mediasınən əvəsziz rolu var. Belə ki, Türkiyə mediası xüsusi aktivlik nümayiş etdirərək, Azərbaycan həqiqətlərini dünya birliyinə çatdıraraq ermənilərin mənfur, çirkin siyasətini darmadağın edir.
Deputat sonda onu da əlavə edib ki, Azərbaycanın haqq savaşı tezliklə qələbə çalacaq və ərazi bütövlüyü təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA