zamanlabirge.az
zamanlabirge.az

“Heydər Əliyev Fondunun bütün təşəbbüsləri cəmiyyətimiz üçün nümunədir”

28-12-2020, 10:11

“Heydər Əliyev Fondunun bütün təşəbbüsləri cəmiyyətimiz üçün nümunədir” Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcək.
Xatırladaq ki, Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi bundan öncə də on minlərlə aztəminatlı ailəyə yardımlar göstərib, sosial baxımdan zəif təmin olunan ailələrə mütəmadi surətdə dəstək durub.
Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi hazırkı aksiya dövlətimizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aztəminatlı ailələrə qayğısı ilə yanaşı, həm də Azərbaycanda sözün həqiqi mənasında sosialyönümlü siaysətin həyata keçirildiyinin təsdiqi sayıla bilərmi?
Millət vəkili Nəsib Məhəməliyev Heydər Əliyev Fondunun hər zaman bu kimi məsələlərdə böyük həssaslıq göstərdiyini, həmçinin, xalqımızın tarixinin, mədəniyyətinin dünyada təbliğində mühüm rol oynadığını vurğuladı:
“Heydər Əliyev Fondu yarandığı gündən bəri hər bir imkansız, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın ümid yerinə çevrilmişdir. Fondun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin daxilində və hüdudlarından kənarda Azərbaycan xalqının mədəniyyətini, incəsənətini, tarixini təbliğ edən minlərlə layihələr həyata keçirilir. Qarabağ uğrunda müharibədə sağlamlığını itirmiş əlillərin, tanınmış ictimai-siyasi xadimlərin müalicəsinin təşkil olunması, talassemiya xəstəliyinin qarşısının alınması və bir çox istiqamətlərdə əsil mərhəmət nümunəsi göstərir. Mehriban xanım Əliyeva 1-ci vitse-prezident təyin olunduqdan sonra, sosial bloka bilavasitə rəhbərlik etməyə başladı və qısa zaman kəsiyində şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə minlərlə mənzil paylandı. Şəhid ailələrinə 11 000 manat birdəfəlik vəsait ödənildi. 44 günlük Vətən müharibəsində Heydər Əliyev Fondu hər gün döyüşən əsgərimizin yanında oldu. Hörmətli Mehriban xanım cənab Prezidentlə birlikdə hərbi hospitallarda müalicə olunan yaralı hərbçilərimizi ziyarət etdi və onların keyfiyyətli müalicəsini təşkil etdi. Qələbədən sonra isə, Fondun nümayəndələri Respublikanın bütün şəhər və rayonlarında şəhid ailələrini, qaziləri bir-bir ziyarət etməklə, problemləri ilə maraqlandılar. Şəhidlərin götürdükləri bank kreditləri, hesablanmış faizlər silindi, maddi yardımlar edildi. Bu qəbildən olan insanların məişət şəraitinin yaxşılaşdırılması üçün “YAŞAT FONDU” yaradıldı.
Qarşıdan gələn bayramlarla əlaqədar 100 min aztəminatlı ailəyə sovqat göndərilməsi isə, hörmətli Mehriban xanımın hər zaman vətəndaşın qayğıları ilə yaşadığının, daim xalqının sosial rifahını düşündüyünün təzahürüdür. Eyni zamanda, Mehriban xanımın bütün təşəbbüsləri cəmiyyətimiz üçün də bir nümunədir. Bir çox imkanlı insanlar, iş adamları mərhəmət göstərərək, Heydər Əliyev Fondunun təşəbbüslərini dəstəkləyirlər. Son illərin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsait ildən-ilə artır. Pandemiyanın və müharibənin yaratdığı problemlərə baxmayaraq, 2021-ci ilin büdcəsi də istisna deyil. Bu isə bir daha göstərir ki, Azərbaycan həqiqətən də sosialyönümlü dövlətdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA