zamanlabirge.az
zamanlabirge.az

2020-2021 yeni tədris ilində hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram

16-09-2020, 15:23

2020-2021 yeni tədris ilində hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram İltizam Yusifov
Milli Məclisin deputatı

Hörmətli təhsil işçiləri, əziz tələbələr və şagirdlər. 15 sentyabr ölkəmizdə "Bilik günü" kimi qeyd edilir və bu gün yeni dərs ilinin başlanğıcıdır.
Yeni dərs ilində bütün təhsil işçilərini, o cümlədən tələbə və şagirdləri yeniliklər gözləyir. Bu günü məktəb həyatına qədəm qoyan fidan balalar- birincilər səbirsizliklə, sevinc və həyacanla gözləyirlər. Pandemiya dövründə tədris prosesinin təşkili ilə bağlı Məktəblərdə onlayn dərslər, virtual dərslərin keçirilməsi, ali məktəblərdə distant təhsil proqramının tətbiqi, onlayn imtahanların, müsabiqələrinin keçirilməsi ilə yeni mərhələyə qədəm qoyub.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə və təhsil işçilərinə olduqca böyük diqqət və qayğı göstərir, hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası, infrastrukturu yenilənir, təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.
Ümumiyyətlə tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadli, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Aqillər deyib ki, biliksiz insan kor kimidir. Böyük Nizami deyir: "Bilik öyrənməyi ar bilən hər kəs Dünyada mərifət qazana bilməz".
15 sentyabr - Bilik günü münasibətilə, yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini, müəllimləri, şagirdləri, tələbələri , valideynləri səmimi qəlbən təbrik edirəm. 2020-2021 yeni tədris ilində hər birinizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA