zamanlabirge.az
zamanlabirge.az

Şəmkirdə müəmma: Evlər naməlum şəraitdə yandı

16-09-2020, 09:41

Şəmkirdə müəmma: Evlər naməlum şəraitdə yandı Şəmkirdə yanğın baş verib.
Hadisə gecə saatlarında rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
Kənd sakini Qəzənfər Rasim oğluna məxsus ot bağlaması naməlum şəraitdə yanıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib və əraziyə nazirliyin yanğınsöndürən maşınları, canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev sahibinə məxsus 150-dən artıq preslənmiş ot bağlaması yanıb.
Qeyd edək ki, kənd sakinləri oxşar hadisənin Zəyəm Cırdaxan kəndində bir neçə gündür baş verdiyini bildiriblər. Onların sözlərinə görə, naməlum şəxs və ya şəxslər gecələr ot tayalarına, evlərə od vururur. Bir neçə gün ərzində kənd sakinlərinə məxsus 4-dən artıq ev, 10-a yaxın mal-qara tövləsi və ot tayaları yandırılıb. Bu səbəbdən 2 min ev, 10 min əhalisi olan kənd sakinləri hamısı narahatlıq içindədir. Kəndin sakinləri yanğınların kim və ya kimlər tərəfindən törədilməsinin məlum olmadığını deyirlər.
Artıq hadisələrlə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib və bu istiqamətdə araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA