Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Həzərxan Əbilov 20 il Xəzər rayonundakı 136 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən onun əməyi yüksək qiymətləndirilib və “Tərəqqi” medalı ilə təltif edilib. 2012-ci ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri vəzifəsinə təyin olunub.Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Həzərxan Əbilovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Həzərxan Əbilov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
ATİAHİ-nin Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov - “Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə belə bir güclü həmkarlar ittifaqı təşkilatının olmasına görə ümummilli lider Heydər Əliyevə borcludur. Ulu Öndərin həmkarlar ittifaqı təşkilatlarına dəstək siyasəti hazırda Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir”. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil sahəsində oxuyan və işləyən ittifaq üzvlərinin əmək, sosial, iqitsadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olur.