Cavanşir Tarverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
9-10-2023, 12:03
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Tarverdiyev Cavanşir Məcid oğlu, 1958-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1965-ci ildə Vedi rayonu Şidli kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1975-ci ildə həmin məktəbi bitirib. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1980-cı ildə Vedi rayonu Şidli kənd məktəbində əmək fəaliyyətinə başlayıb. Hərbi xidmətdən sonra 1980-cı ildə Akademik Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnistitutunun tarix fakultəsinə daxil olub. 1985-ildə oranı bitirib. 1988-cı ildə Bakı şəhərinə köçüb. 1989-cu ildən 1997-ci ilədək Baki şəhəri Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə tarix müəllimi, TTİ üzrə direktor müavini vəzifəsində işləyib. 1997-ci ildən Bakı şəhəri S.Həsənov adına 63 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Cavanşir Tarverdiyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Cavanşir Tarverdiyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyevdir.
63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cavanşir Tarverdiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cavanşir Tarverdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
63 №-li tam orta məktəbinin direktoru Cavanşir Tarverdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Cavanşir Tarverdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Cavanşir Tarverdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Cavanşir Tarverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Cavanşir Tarverdiyevböyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Cavanşir Tarverdiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Cavanşir Tarverdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Cavanşir Tarverdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Cavanşir Tarverdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Cavanşir Tarverdiyev özünü doğruldub. Bizdə hörmətli Cavanşir Tarverdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.