zamanlabirge.az
zamanlabirge.az

Bakıda tarix-memarlıq abidəsini restoran kimi işlədənlər cəzalandırılacaq - RƏSMİ

25-11-2022, 11:42

Bakıda tarix-memarlıq abidəsini restoran kimi işlədənlər cəzalandırılacaq - RƏSMİ Sosial şəbəkələrdə yayılan görüntülərdə Mərdanov Qardaşları küçəsində restoranın fəaliyyət göstərdiyi tarixi-memarlıq abidəsinə qeyri-qanuni dəyişiklik edilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni irisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, bir müddət öncə Mərdanov Qardaşları 20 ünvanında yerləşən, tarix-memarlıq abidəsi (inv. 2950) olan binaya müdaxilə edilib.
"Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni irisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən baş vermiş müdaxilə faktının araşdırılması və aradan qaldırılması üçün tədbirlər görüldü. Həmin müdaxilə faktı aradan qaldırılsa da, obyekt sahibi tərəfindən qanun pozuntusu təkrar törədilib.
Baş vermiş hadisənin aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılması üçün hüquq mühafizə orqanları ilə birgə iş aparılır", - deyə məlumatda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA