zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq

5-10-2023, 14:50

Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq Cənab Prezident İlham Əliyev Laçına səfəri zamanı separatçı rejimin qondarma rəhbərliyinə qarşı humanistlik göstərərək onlara amnistiyadan yararlanmaq barədə xəbərdarlıq etmişdi. Lakin onlar bu humanistlikdən yararlanmadı.
Bunu hərbi ekspert Azər Bayramov deyib.
Onun sözlərinə görə, aparılan antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Eyni zamanda separatçı rejimin qondarma rəhbərliyi həbs edildi.
"Onların çoxu Azərbaycan əhalisinə qarşı hərbi cinayət qətliam törətmiş və rəhbərlik etmiş şəxslərdir. Azərbaycan xalqının qanına əli batmış şəxslərin hamısı cinayətə cəlb olunacaq. Biz bu gün tarixi anlar yaşayırıq. Bir çoxumuza bu günlər yuxu kimi gəlirdi. Lakin Azərbaycan dövlətinin gücü və Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində bizə bu günləri görməyi nəsib etdi. ", - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA