zamanlabirge.az
zamanlabirge.az

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var

27-11-2023, 13:19

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var Türkiyənin Sivas şəhərində sərnişin avtobusu hərəkət halında olmayan yük maşınına çırpılıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə Türkiyə KİV-inə istinadən xəbər verilir.
Məlumata görə, qəza Sivas-Ankara magistral yolunda Sivasın Yıldızeli mahalının Yaraşbeli məhəlləsində baş verib. Sivas istiqamətində hərəkət edən sərnişin avtobusu yolda dayanmış yük maşınına çırpılıb.
Hadisə nəticəsində yük maşınının ehtiyat sürücüsü ölüb, avtobusun iki sərnişini isə yüngül xəsarətlər alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA