zamanlabirge.az
zamanlabirge.az

Şimali Koreya ölkə peykinin Pentaqonun şəkillərini çəkdiyi bildirib

28-11-2023, 11:26

Şimali Koreya ölkə peykinin Pentaqonun şəkillərini çəkdiyi bildirib Şimali Koreya lideri Kim Çen In "Mulligyong-1" kəşfiyyat peyki ilə Ağ Evin və Pentaqonun çəkilmiş fotoşəkilləri ilə tanış olub.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi bildirib.
Noyabrın 28-nə keçən gecə Dövlət Aerokosmik Texnologiyalar Baş İdarəsi yanında Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi ölkə rəhbərinə peykin kəşfiyyat tapşırıqlarının tam yerinə yetirilməsinə hazırlanması ilə bağlı növbəti hesabat verib.
İdarə noyabrın 27-də Pxenyan vaxtı ilə saat 23:35-də çəkilmiş Norfolk dəniz bazası, "Newport News" gəmiqayırma zavodu və ABŞ-ın Virciniya ştatındakı aerodrom ərazisinin fotoşəkillərini, eləcə də eləcə də Ağ Evin və Pentaqonun 27 noyabr, Pxenyan vaxtı ilə saat 23:36-da çəkilmiş fotoşəkillərini təqdim edib.
Agentlik qeyd edib ki, "Norfolk" dəniz bazası və "Newport News" gəmiqayırma zavodunun fotoşəkillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin dörd nüvə mühərrikli təyyarədaşıyıcısı və bir Britaniya təyyarədaşıyıcı göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA