zamanlabirge.az
zamanlabirge.az

Türkiyə Pakistana polad məhsulları ixracını azaldıb

30-11-2023, 11:46

Türkiyə Pakistana polad məhsulları ixracını azaldıb Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Pakistana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 59,8 faiz azaldaraq 5,6 milyon dollara çatdırıb.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Pakistana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 15 faiz artıraraq 787 min dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz azalaraq, 12,4 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 15 milyard dollar məbləğində polad məhsulları ixrac edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA