zamanlabirge.az
zamanlabirge.az

Türkiyədə internet üzərindən fırıldaqçılıq edən 28 nəfər tutuldu

26-01-2024, 12:29

Türkiyədə internet üzərindən fırıldaqçılıq edən 28 nəfər tutuldu Türkiyənin 9 vilayətində həyata keçirilən "KİBERGÖZ-18" əməliyyatında internet üzərindən fırıldaqçılıq etməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya “X” sosial şəbəkəsində məlumat paylaşıb.
Nazirin sözlərinə görə, əməliyyatlar İstanbul, Balıkəsir, Batman, Diyarbəkir, Samsun, İğdır, Ədirnə, Van və Trabzonda eyni zamanda həyata keçirilib.
Qeyd olunub ki, şübhəli şəxslər Türkiyənin aparıcı 2 avtomobil icarəsi şirkətinin veb saytlarını fişinq üsulu ilə saxta səhifələrini qurmaqla "avtomobil icarəsi haqqı" adı altında vətəndaşların pullarını ələ keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA