zamanlabirge.az
zamanlabirge.az

Yunanıstanın baş naziri Türkiyəyə rəsmi səfər edəcək

1-02-2024, 12:03

Yunanıstanın baş naziri Türkiyəyə rəsmi səfər edəcək Yunanıstanın baş naziri Kiryakos Miçotakis may ayında Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə yunan mediası məlumat yayıb.
"Türkiyə ilə Yunanıstan arasında 2023-cü ildə imzalanan “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” ikitərəfli münasibətləri normallaşma prosesinə salıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə Afina səfəri müqabilində, may ayında Miçotakis Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 dekabr 2023-cü il tarixində Yunanıstana rəsmi səfər edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA