zamanlabirge.az
zamanlabirge.az

YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq

12-12-2023, 13:01

YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq YAP-ın növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.
Bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O qeyd edib ki, 2021-ci ildə Yeni Azərbaycan Partiyasının qurultayında partiyanın yeni nizamnaməsi təsdiq olunmuşdu və həmin nizamnaməyə əsasən, prezidentliyə namizədin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib.
"İdarə Heyətinin bununla bağlı iclasında bu məsələyə baxılacaq. Azərbaycan xalqı deyirdi ki, kim Qarabağı azad edəcəksə, Azərbaycanın əbədi prezidenti olacaq. Mən düşünürəm ki, cənab Prezident İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, torpaqlarımızı işğaldan azad etməklə bu vəzifəni, bu titulu daşımağa haqq qazanıb və düşürəm ki, hər bir azərbaycanlı bu fikirdədir. Yeni Azərbaycan Partiyasının bu barədə fikri qətidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA