zamanlabirge.az
zamanlabirge.az

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər

21-12-2023, 10:54

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalı rayonunun Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar.
Dövlətimizin başçısı və Birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Qeyd edək ki, Şuşakənd kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.
Qədim tarixə malik kənddə bəzi tədqiqatlara görə, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb.
Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA