• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İnsanlığa qarşı törədilmiş faciə - Xocalı

Gündəm / Siyasət

25-02-2026, 10:30

İnsanlığa qarşı törədilmiş  faciə - Xocalı Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.
Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.
2024-cü il fevralın 21-də işğaldan azad olunmuş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlanıb. Bu və çoxsaylı digər faktlar sübut edir ki, azərbaycanlı əhaliyə qarşı amansız soyqırımı törədilib. Bunlar bir daha göstərir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.
Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Bütün bunların nəticəsidir ki, indiyədək 18 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi düşmənin əsl mahiyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında aciz qalan düşmən hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha göstərdi.
2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.

Əhəd İlyasov,
Laçın rayon sakini

Oxunub: 10078
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-02-2025, 12:33

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Cəmiyyət

26-02-2025, 11:56

Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi

Gündəm / Siyasət

24-02-2026, 11:28

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

Gündəm / Siyasət

26-02-2025, 11:59

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Gündəm / Siyasət

26-02-2025, 12:02

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Araşdırma
Bəradər Səməndərli – 60
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə