"Barselona" İspaniya çempionatında liderliyini gücləndirib
Futbol üzrə İspaniya La Liqasının 21-ci turunun matçında "Barselona" səfərdə "Vilyarreal"ı məğlub edib.
Oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolu 18-ci dəqiqədə yarımmüdafiəçi Pedri vurub.
Qeyd edək ki, hazırda "Barselona" 56 xalla turnir cədvəlində liderdir, onun ən yaxın izləyicisi olan "Real"ın 45 xalı var.