zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb

27-11-2023, 11:20

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər.
Beynəlxalq turnirdə Azərbaycan Milli Məclisini vitse-spiker Adil Əliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Mahir Abbaszadə, Azər Badamov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Cəbi Quliyev, Naqif Həmzəyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov, Aparat rəhbərinin köməkçisi İlham Həsənov, Parlament Aparatının əməkdaşları Rüfət Ələkpərov və Təbriz Tağıyevdən ibarət futbol komandası təmsil edib. Komandanın baş məşqçisi keçmiş futbolçu İsgəndər Cavadov olub.
B qrupunda mübarizə aparan Milli Məclisin komandası ümumilikdə 4 oyunda 3 qələbə qazanaraq yarışı bürünc medallarla başa vurub. Komandamızın yeganə məğlubiyyəti yarışı çempion kimi tamamlayan Rumıniya komandasına qarşı oyunda qeydə alınıb.
Turnirin final matçında Rumıniya komandası qalib gələrək birinci yerə çıxıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıbMilli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıbMilli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıbMilli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA