zamanlabirge.az
zamanlabirge.az

Dörd güləşçimiz hərbçilər arasında dünya çempionu oldu

30-11-2023, 11:45

Dörd güləşçimiz hərbçilər arasında dünya çempionu oldu Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.
xxx
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
70 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionu final görüşündə iranlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi – 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə isə finalda monqolustanlı rəqibindən üstün olub və dünya çempionu adını qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA