zamanlabirge.az
zamanlabirge.az

Premyer Liqada 14 ildən sonra heç-heçə seriyası qeydə alındı

4-12-2023, 12:05

Premyer Liqada 14 ildən sonra heç-heçə seriyası qeydə alındı Futbol üzrə Azərbaycan Premyer Liqasında 14 ildən sonra heç-heçə seriyası qeydə alınıb.
Bu, cari mövsümün XV turunun matçlarının heç-heçə nəticələnməsi ilə gerçəkləşib.
“Araz-Naxçıvan” – “Səbail” görüşü 1:1, “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması 2:2 hesabı ilə nəticələnib.
XIV turun son günündə də iki bərabərlik qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (1:1) və “Sumqayıt” - “Zirə” (0:0) oyunlarında qalib müəyyənləşməyib.
Bu, ölkə çempionatları tarixində iki günü əhatə edən 9-cu heç-heçə seriyasıdır. Amma əvvəlki 8 belə seriyadan yeddisində oyun sayı daha az olub.
Yalnız 14 il əvvəl - 2009-cu dekabrında iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 matçda qalib müəyyənləşməyib. Ayın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib. XIII turun “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, həmin gün baş tutan “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” görüşləri qolsuz bitib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA