zamanlabirge.az
zamanlabirge.az

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

6-12-2023, 11:30

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) məlumat yayıb.
Bildirilib ki, təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA