zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan nümayəndə heyəti Davos İqtisadi Forumunda iştirak edəcək

15-01-2024, 12:33

Azərbaycan nümayəndə heyəti Davos İqtisadi Forumunda iştirak edəcək İqtisadiyyat naziri Mikayıl Cabbarov və dövlət strukturlarının, o cümlədən yerli şirkətlərin bir sıra nümayəndələri İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda iştirak edəcək.
Bu barədə İqtisadiyyat Nazirliyindəki mənbəyə istinadən xəbər verilir.
"İqtisadiyyat naziri Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa yola düşəcək. Səfər və görüşlərin proqramı dəqiqləşdirilir. Nümayəndə heyətinin tərkibinə həmçinin, Azərbaycanın bir sıra dövlət və özəl şirkətlərinin təmsilçiləri daxil olacaq", - deyə mənbədən bildiriblər.
Davos İqtisadi Forumunun gündəliyinə əsasən, Mikayıl Cabbarovun yanvarın 16-na planlaşdırılan "COP28 and the Road Ahead" müzakirələrində iştirak edəcəyi qeyd olunub.
Həmin müzakirələrdə həmçinin, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, "ENGIE Group"un baş icraçı direktoru Katrin Makqreqor və "The Washington Post" qəzetindən Salli Bazbi iştirak edəcəklər.
"Azərbaycan nümayəndəsinin bu müzakirələrdə iştirakı məntiqlidir, belə ki, COP29 Bakıda keçiriləcək", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, yanvarın 14-də Dünya İqtisadi Forumunun açılış mərasimi keçirilib. Forum yanvarın 19-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA