zamanlabirge.az
zamanlabirge.az

“Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” qaydasının təqdimatı olub

8-02-2024, 12:17

“Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” qaydasının təqdimatı olub “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar mühitinin təmin edilməsi strateji təşəbbüsü çərçivəsində nəzərdə tutulan fəaliyyətlərdən biri də tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi istiqamətində ödəniş xidməti təchizatçılarına təlim və seminarların təşkilinin həyata keçirilməsidir.
Bu xüsusda Mərkəzi Bank tərəfindən Azərbaycan Fintex Assosiasiyası (“AzFina”) üzvlərinə 2024-cü il yanvarın 10-da təsdiqlənmiş “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi” Qaydasının təqdimatı keçirilib.
Mərkəzi Bankdan bildirilib ki, təqdimat zamanı ödəniş təşkilatları və elektron pul təşkilatlarının minimum nizamnamə və məcmu kapital tələbləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə fəaliyyət proqramı və biznes planı, daxili nəzarət və risklərin idarə edilməsi sistemləri, ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
Eyni zamanda, fövqəladə hallarda fəaliyyətin davamlılığı və bərpa planı, kreditin verilməsi proseduru, valyuta mübadiləsi əməliyyatları, əməliyyat və təhlükəsizlik insidentləri üzrə məlumatlandırma və hesabatlıq tələbləri ilə əlaqədar məlumatlar “AzFina” nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə “AzFina” nümayəndələrinin qayda tələbləri ilə əlaqədar sualları cavablandırılıb və praktiki nümunələr əsasında izahlar verilib.
Qeyd edək ki, yeni qanunvericilik tələbləri üzrə maarifləndirmənin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən ödəniş xidməti təchizatçılarına təlim və seminarların keçirilməsi tədbirləri davam etdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA