• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

İqtisadiyyat

20-02-2025, 11:37

İmişlidə Aqrar Biznes Festivalı keçirilib 2025-ci ilin ilk Aqrar Biznes Festivalı İmişli rayonunda keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes festivallarının kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların fermerlərə çatdırılması, eləcə də fermerlər və təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmləri barədə danışıb. O, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.
Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kreditlərin verilməsi ilə bağlı məsləhət və tövsiyələr verib.
Bundan başqa, tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Sığorta Fondu, banklar və kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel müzakirələr zamanı fermerlərə güzəştli kreditlər, kənd təsərrüfatına dövlət dəstəyi və digər maliyyə mexanizmləri barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb, aqrar təyinatlı kredit almaq üçün müraciət edənlərə texniki dəstək göstərilib. Festival çərçivəsində fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib.

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

Oxunub: 100202
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

26-11-2024, 11:25

Kənd təsərrüfatı məhsullarının ixracında 11 faiz artım qeydə alınıb

İqtisadiyyat

20-11-2024, 10:07

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib

İqtisadiyyat

11-02-2025, 11:04

Ötən ay Azərbaycanın aqrar məhsul ixracı 10 faizdən çox artıb

İqtisadiyyat

11-11-2024, 10:19

On ayda tütün xammalı ixracında 3,5 dəfə artım qeydə alınıb

İqtisadiyyat

25-12-2024, 11:49

Özbəkistan Milli Bankının nümayəndə heyəti Mərkəzi Bankda təcrübə mübadiləsində iştirak edib

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə