zamanlabirge.az
zamanlabirge.az

Xətai Sənət Mərkəzində Əməkdar rəssamı Rafael Abasovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

27-11-2023, 13:22

Xətai Sənət Mərkəzində Əməkdar rəssamı Rafael Abasovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Əməkdar rəssamı Rafael Abasovun 80 illik yubileyinə həsr olunmuş təqvimin təqdimatı və xatirə gecəsi 28 noyabr 2023-cü il saat 17:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Əməkdar rəssam Rafael Abasovun yaradıcılığının əsas hissəsini portret janrıdır. Bu portretlər silsiləsindən Ulu Öndər Heydər Əliyevin portretləri əsas yer tutur.
Rəssamın yaradıcılığında portretlərlə yanaşı Bakı, Naxçıvan, Quba və s. bölgələrin mənzərələri də geniş yer tutur.
Tədbir Xətai Sənət Mərkəzində keçiriləcək.
Giriş sərbəstdir.
Mətbuat dəstəkçiləri: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA