zamanlabirge.az
zamanlabirge.az

Aygün Kazımova ad günündə ənənəsinə sadiq qaldı

29-01-2024, 13:21

Aygün Kazımova ad günündə ənənəsinə sadiq qaldı Xalq artisti Aygün Kazımova, hər zamankı kimi, bu il də ənənəsinə sadiq qalıb. Ölkənin əsas ulduzu ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
"Sağ-salamat" adlanan mahnının ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub.
Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Pop diva əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı A.Kazımova bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb.
“Sağ-salamat” artıq dijital platformalarda da satışdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA