zamanlabirge.az
zamanlabirge.az

Dünyaşöhrətli Stiv Barakattın Bakıda konserti olacaq

9-02-2024, 15:13

Dünyaşöhrətli Stiv Barakattın Bakıda konserti olacaq Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın (Steve Barakatt) “Neoreallıq” dünya turu çərçivəsində konserti keçiriləcək.
1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir. Onun Bakı konserti iki hissədən ibarət olacaq. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxildir.
Stiv Barakatt musiqiçi olmaqla yanaşı, həm də BMT-nin Uşaq Fondu - UNİCEF-in xoşməramlı səfiridir. Musiqiçi UNİCEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb.
Onun bir çox əsərləri dünyanın 150-dən çox teleşousunda, o cümlədən Monako avtomobil Qran-Prisində səsləndirilib.
2005-ci ildə Kvebekin Böyük Teatrında isə məşhur “Ad Vitam Aeternam” simfonik əsərinin premyerası olub. Bakı konsertində bəstəkarın bu məşhur əsərindən iki hissə də ifa olunacaq.
Müxtəlif mükafatlara layiq görülmüş bəstəkar, pianoçu, musiqi prodüseri və kreativ direktor Stiv Barakatt dünyanın hər yerində yüzlərlə layihədə tanınmış incəsənət xadimləri, səsyazma şirkətləri, təşkilatlar, eləcə də dünyanın aparıcı orkestrləri ilə əməkdaşlıq edib. 2020-ci ildə isə Kvebekin Baş naziri tərəfindən Kvebek Milli Ordeninin kavaleri mükafatına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA