• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Orta əsr Gəncəsinin şirli keramikası” kitabının təqdimatı olub

Mədəniyyət

30-12-2024, 10:56

“Orta əsr Gəncəsinin şirli keramikası” kitabının təqdimatı olub Dekabrın 29-da Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı kitabın rəhbərlik etdiyi muzeyin Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu ilə beynəlxalq əməkdaşlığı çərçivəsində hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, yeni nəşr muzeyin Arxeologiya fondunda qorunan şirli keramika kolleksiyasının illüstrasiyalı albomla müşayiət olunan ilk kompleks tədqiqatıdır. Kolleksiyanın əsasını tanınmış Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1938-1940-cı illərdə Gəncə şəhər yeri ərazisində aparılmış qazıntılarda əldə olunan arxeoloji materiallar təşkil edir.
Bu barədə Beynəlxalq Türk Akademiyasından məlumat verilib.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Özbəkistan mütəxəssislərinin iştirakı ilə həyata keçirilən “Gəncənin IX-XV əsrlər şirli keramikası” adlı layihə barədə məlumat verən alim sözügedən layihəyə əsasən qədim Gəncənin şirli keramikası üzərində araşdırmaların aparıldığını, şirli keramika nümunələrinin dövrlər üzrə qruplaşdırıldığını, təsvir və ölçülərinin götürüldüyünü söyləyib. O, həmçinin muzeyin Bərpa laboratoriyasında şirli keramikanın restavrasiyası və konservasiyası üzrə nəzəri və təcrübi məşğələlərin həyata keçirildiyini deyib.
Direktor “Gəncənin IX-XV əsrlər şirli keramikası” layihəsi çərçivəsində müştərək beynəlxalq əməkdaşlığın nəticəsi kimi ərsəyə gələn kitabın mühüm mənbə rolunu oynadığını, Gəncə şirli keramika məktəbinin mövcudluğunu isbat etdiyini bildirib.
Akademik Nailə Vəlixanlı Azərbaycan və Özbəkistan arxeoloqlarının dördillik gərgin zəhmətinin bəhrəsi olan nəşrin elmi əhəmiyyətini vurğulayıb, müəlliflərə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev çıxış edərək, kitabda Gəncə şəhərinin orta əsr dövründəki keramika sənəti incəliklərinin və bu sənətin regionun mədəni inkişafındakı rolunun ətraflı şəkildə işıqlandırıldığını bildirib. O, rus və ingilis dillərində nəfis şəkildə çapdan çıxmış kitabın Türk dünyasının zəngin irsini, mədəniyyətini öyrənmək və beynəlxalq aləmdə təbliğ etmək baxımından önəmini qeyd edib. Bildirib ki, kitabda yer alan arxeoloji mənbələr, elmi araşdırmalar türk xalqlarının ayrı-ayrı mədəniyyətlərə deyil, əksinə, qırılmaz bağlara malik müştərək türk mədəniyyətinə sahib olduqlarını isbat edir.
Akademik Şahin Mustafayev vurğulayıb ki, nəşrdə müəlliflər Türk dünyasının xüsusiyyətlərini dolğun məlumatlar əsasında əks etdirməklə türklüyün bütövlük gerçəkliyini sübut edib, türk sivilizasiyasının bölünməzliyini, Türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etməyə nail olublar.
O, şirli keramikanın analizi aparılarkən müqayisəli material kimi Azərbaycan, Mərkəzi Asiya, İran və digər orta əsr şəhərlərində aşkar edilən, bədii-texnoloji baxımdan Gəncə kolleksiyası ilə oxşar cəhətləri olan nümunələrin də tədqiqata cəlb olunduğunu söyləyib. Bildirib ki, əsərdə Gəncənin şirli keramikası ilk dəfə əhatəli şəkildə tədqiq olunub.
Akademik Şahin Mustafayev “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabını mədəni irsimizin daha dərindən öyrənilməsi və Türk dünyasının mədəniyyət tarixinin təbliği baxımından əvəzsiz tarixi mənbə kimi dəyərləndirib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktoty Raimkulova, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri professor Qafar Cəbiyev və həmin institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək kitabın elmi məziyyətlərindən danışıblar. Çıxışçılar ictimaiyyəti maarifləndirmək, Türk dünyasının maddi-mədəni dəyərlərini müasir dövrdə yetişən nəsillərə aşılamaq baxımından əsərin əhəmiyyətini qeyd ediblər.
Sonda kitabın müəllifləri - Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri tarix elmləri doktoru Tarix Dostiyev və Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aysulu İsgəndərova çıxış edərək, nəşrin orta əsr Gəncəsinin şirli keramikası haqqında mühüm məlumatların toplandığı qiymətli vasitə olduğunu söyləyiblər. Onlar kitabın ərsəyə gəlməsində əməyi olanlara, eləcə də tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” kitabının elmi redaktorları akademiklər Nailə Vəlixanlı və Şahin Mustafayevdir.

Oxunub: 100190
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

12-12-2024, 10:39

Professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirilib

Mədəniyyət

22-11-2024, 12:10

Tarix Muzeyinin eksponatları COP29-a gələn qonaqların diqqət mərkəzində olub

Cəmiyyət

27-11-2024, 11:46

Suraxanıda "Qarabağ müharibəsinin dəhşətləri və Zəfər təqvimi" adlı kitabın təqdimat mərasimi keçirildi

Mədəniyyət

20-12-2024, 14:47

Azərbaycan və Belarusun teatrları arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb

Mədəniyyət

23-12-2024, 11:17

Azərbaycan Malayziyada mədəniyyət festivalında təmsil olunub

Araşdırma
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • Dün, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • Dün, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • Dün, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • Dün, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə