zamanlabirge.az
zamanlabirge.az

“Səhiyyə həyatın bütün sahələrini əhatə edən sahədir”

22-02-2023, 21:05

“Səhiyyə həyatın bütün sahələrini əhatə edən sahədir” Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ölkənin sosial-iqtisadi infrastrukturuna xüsusi diqqət yetirmiş, bütün sahələrə ayrıca qağı göstərmişdir. O, Azərbaycan səhiyyə sisteminin də inkişafını dövlətçilik işinin bir qolu hesab etmiş, bu sahədə dinamik tənzimlənmə yaratmışdır.
Ümummilli lider Heydər Əliyev səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Ulu Öndər XX əsrin ikinci yarısından etibarən ölkə səhiyyəsini dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə və potensiala sahib etmişdir. Onun bu sahədəki uzaqgörən siyasəti Azərbaycan tibb elminin inkişafını əsaslı şəkildə gücləndirmişdir.
Əlbəttə, səhiyyə sisteminin yüksəlişini təmin etmək, bu sahənin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmək sadə iş deyildi. Ümummilli lider o dövrdə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etmiş, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə və səhiyyə sahələrindəki mövcud durğunluq aradan qalxmışdır. Bu da Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə tanıdılması idi.
Xarici ölkələrin alimləri Heydər Əliyevin müdrik səhiyyə siyasətini hər zaman böyük coşqunluqla qarşılamışlar. Məsələn, Akademik N.N.Bloxin deyib: “Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram”.
Ulu Öndər haqqında deyilən bu xoş sözlər o dövrdə tibb personalını qürurlandırırdı.
Bir sözlə, müstəqil Azərbaycanın qurucusu və yaradıcısı, təşkilatçısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən səhiyyədə əsaslı dönüş yaratmışdır. Artıq bu gün Azərbaycan səhiyyəsi dünyanın diqqət mərkəzindədir və bu iş hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Səhiyyə həyatın bütün sahələrini əhatə edən sahədir”
Vəfa Əliyeva,
22 nömrəli Uşaq Poliklinikasının baş həkimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA