zamanlabirge.az
zamanlabirge.az

Selektiv abort qanunla qadağan olduğu halda necə baş verir? – Deputat DANIŞIR

6-12-2023, 11:34

Selektiv abort qanunla qadağan olduğu halda necə baş verir? – Deputat DANIŞIR Qadınların selektiv aborta məcbur edilməsi nə İslama, nə də bizim mədəniyyətimizə yaraşır.
Bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, qanunla bu qadağan olduğu halda baş verirsə, deməli, hansısa məqamda boşluq var:
"Bizdə ictimai qınaq yoxdur. Kiminsə yanında zorakılıq baş verdiyi halda gözünü yummamalıdır. İctimai qınaq güclənsə, belə əməllərin sahibləri başa düşərlər ki, onlar qəbul edilməyəcəklər".
Hicran Hüseynova, həmçinin qeyd edib ki, zorakılıq dedikdə təkcə fiziki yox, psixoloji zorakılıq da nəzərə alınmalıdır, bundan da əziyyət çəkənlər çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA