zamanlabirge.az
zamanlabirge.az

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərir

8-01-2024, 13:29

Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərir Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi yüksəkixtisaslı, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibb personalının vaxtında göstərdiyi ilk tibbi yardım minlərlə xəstənin sağalmasında mühüm rol oynayıb.
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Həmçinin, pediatrik briqada yeni doğulmuş körpələrin xüsusi kuveyzlə daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili yardım maşınlarının komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır.
Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək, bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini, var qüvvələri ilə çalışmalarını nümayiş etdirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibbi briqadası istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq yüksək peşəkarlıqla tibbi xidmət göstərir.
Mərkəzi Gömrük Hospitalının zəngin iş təcrübəsinə malik Təcili Tibbi Yardım şöbəsinin peşəkar tibbi personal: Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Fizuli Abışov, təcili tibbi yardım həkimləri – Nərgiz Kərimova, Tofik Bayramov, Cavad Cabbarov, Bəylər İmanov, Leyla Fətullayeva, Samirə Əliyeva, Ceyhun Əliyev, böyük tibb bacısı Təhminə Sultanova, tibb bacıları – Sevda Abdullayeva, İradə Quliyeva, Cəbiyeva Vüsalə, Sevda Hüseynova, Olqa Xasayeva, tibb qardaşı Vüsal Şahverdiyev, Ramil Abdullayev, Samir Əzizov və kiçik tibb işçiləri Adil Behbudov, Rasim Əhmədov və Eldar Hüseynov komanda olaraq daim xəstələrə zamanında ilk tibbi yardım göstərir.
Təcili Tibbi Yardım şöbəsinin tibb personalı çağırış ünvanında portativ aparatlarla USM, EKQ və laborator müayinələri həyata keçirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hər zaman hazırdır. Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA