zamanlabirge.az
zamanlabirge.az

Ermənistanda Xocalı soyqırımı haqqında hələ də həyasızcasına və zərrə qədər təəssüf hissi keçirmədən danışırlar - Ukrayna qəzeti

24-02-2023, 11:00

Ermənistanda Xocalı soyqırımı haqqında hələ də həyasızcasına və zərrə qədər təəssüf hissi keçirmədən danışırlar - Ukrayna qəzeti Ermənistanda Xocalı soyqırımı haqqında hələ də həyasızcasına və zərrə qədər təəssüf hissi keçirmədən danışırlar.
Bu barədə Ukraynanın Gazeta.ua onlayn qəzetində dərc olunmuş məqalədə deyilir.
"Ermənistan Xocalıda dinc Azərbaycan əhalisinin soyqırımına görə hələ də cəzalandırılmayıb. Bəşəriyyətə qarşı bu cinayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Erməni silahlı birləşmələri rus ordusunun (366-cı motoatıcı alayın) iştirakı ilə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı törətdi. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi. İnsanların başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarınları süngü ilə yarıldı. 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 487 nəfər şikəst oldu", - materialda deyilir.
Məqalədə də qeyd olunduğu kimi, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində baş verənləri bu cür şərh edib: "Xocalı hadisəsinə qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qırmalı idik".
"Dinc Azərbaycan əhalisinə qarşı törədilmiş cinayət haqqında Ermənistanda hələ də bu cür həyasızcasına və zərrə təəssüf hissi keçirmədən danışırlar", - məqalədə deyilir.
Həmçinin, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğu bütün bu illər ərzində ona qarşı işğalçı ölkə kimi heç bir sanksiya tətbiq olunmadığı vurğulanır.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı sözlərindən sitat gətirilib.
"30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub. Baş nazir Qaribaşvili xatırlatdı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq olunmadı. Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı", - Prezident İlham Əliyev deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA