zamanlabirge.az
zamanlabirge.az

Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar - İsa Həbibbəyli

29-11-2023, 11:21

Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar - İsa Həbibbəyli Sovet dövründə babalarımızı bizə unutdurmağa çalışıblar. Bu gün bizim Babək haqqında barmaqla yazılacaq qədər kitabımız yoxdur, hamısı tərcümədir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, həmçinin Koroğlu haqqında bir dənə elmi araşdırma, kitab yoxdur.
"Dədə Qorqud dastanımız var, amma Dədə Qorqud haqqında bir dənə də olsun kitabımız yoxdur. Bu istiqamətdə elmi yazılar yazılmalı, tarixi şəxsiyyətlərin araşdırılması istiqamətində işlə sürətləndirilməlidir",- deyə AMEA prezidenti qeyd edib.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA