zamanlabirge.az
zamanlabirge.az

Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək

9-12-2023, 19:16

Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək Könül Pirverdiyeva - ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru

44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı. Vətən müharibəsindən sonra və xüsusilə də son 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işləri, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda Azərbaycan gücünə güc qatdı.
Bütün bu proseslərin fonunda çevik addımlar atmaq və bir çox prosesləri qabaqlamaq zəruriyyəti yarandı. Bu baxımdan 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Çünki, Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək və Müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək.
Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bir sözlə, 7 fevral 2024-cü il seçkiləri həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu baxımdan növbədənkənar seçkilərin keçirilməsi Azərbaycan xalqı tərəfindən də dəstəklənəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzaladığı sərəncam təkcə ölkəmizdə deyil, eyni zamanda xarici mətbuatda da geniş işıqlandırılır. Seçkilərin önə çəkilməsinə müxtəlif rənglər verməyə çalışanlar da var. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır.
Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin olduğunun bariz nümunəsidir.
Beləliklə, növbədənkənar seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaradılması baxımdan çox mühüm rol oynayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA