zamanlabirge.az
zamanlabirge.az

Türkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

31-01-2024, 11:38

Türkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 31-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olunub, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.
Türkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edibTürkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edibTürkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edibTürkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edibTürkiyənin təhsil naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA