zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisdə görüş

1-02-2024, 23:11

Milli Məclisdə görüş Fevralın 1-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Qonaqları salamlayan Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin önəmi, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyəti, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi barədə danışıb. Elnur Allahverdiyev Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, ölkəmizin davamlı sülh və sabitliyin tərəfdarı olduğunu və Ermənistana sülh müqaviləsinin imzalanması təklifini irəli sürdüyünü diqqətə çatdırıb.
Görüşdə iştirak edən Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Kərimli, Soltan Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Jalə Əhmədova və Nurlan Həsənov digər ölkələrin Ermənistanla Azərbaycan arasında sülhə və münasibətlərin normallaşmasına dəstək verməsinin vacibliyi, Qərbi azərbaycanlıların hüquqlarının bərpası, delimitasiya və demarkasiya prosesi barədə fikirlərini bölüşüblər.
Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana səfərinə dair təəssüratlarını bölüşüb. O, ölkəsinin Ermənistanla Azərbaycan arasında gedən sülh prosesinin tərəfdarı olduğunu və iki ölkənin gələcəyə baxacaqlarına inamını ifadə edib.
Söhbət zamanı qonaq Çexiya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair fikirlərini bölüşüb.
Sonra qonaqlara Qarabağın işğaldan əvvəl və sonrakı vəziyyəti, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi vandallıqlar barədə slaydlar nümayiş etdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Milli Məclisdə görüşMilli Məclisdə görüşMilli Məclisdə görüş






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA