zamanlabirge.az
zamanlabirge.az

Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan bölgədə sabitlik və inkişaf amilinə çevrilib

5-02-2024, 20:43

Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan bölgədə sabitlik və inkişaf amilinə çevrilib Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent

Dünyanın bir çox nüfuzlu təşkilatlarına üzv olan Azərbaycanla dünyanın inkişaf etmiş ölkələri arasında mövcud əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Təkcə neft deyil, TAP və TANAP kimi qaz xətlərinin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişmiş oldu. Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri də dinamik şəkildə inkişafdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqunu qəbul etməsi bütün bu əlaqələrin müasir dövrdə davamlığına əsaslanır.
Görüş zamanı çıxış edən Ölkə başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edərək bunun regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını bildirib: “2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub”.
Dövlətimizin başçısı Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyin vurğulayaraq, sülh yolu ilə Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını diqqətə çatdırıb: “Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı”.
Fransanın regionda dağıdıcı siyasət prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb: “Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür”. Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini diqqətə çatdıran Dövlət başçısı bunun ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil etdiyini qeyd etmişdir.
Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Bu nüfuzun qazanılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan öz apardığı siyasəti nəticəsində regionda liderliyini qoruyub saxlayır. Eyni zamanda ölkəmiz Cənubi Qafqazın iqtisadi baxımdan da lider dövlətidir. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan bölgədə sabitlik və inkişaf amilinə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA