zamanlabirge.az
zamanlabirge.az

“Əmək və Məşğulluq” altsistemi daha bir beynəlxalq müsabiqədə qalib oldu

24-01-2024, 11:19

“Əmək və Məşğulluq” altsistemi daha bir  beynəlxalq müsabiqədə qalib oldu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) Beynəlxalq Məlumat Korporasiyasının (IDC) “The IDC Future Enterprise Awards” müsabiqəsində “Güvənli gələcəyin ən yaxşısı” kateqoriyası üzrə qalib seçilib.
Münsiflər heyəti ƏMAS barədə təqdim olunmuş məlumatları təhlil edərək bu e-sistemi rəqəmsal etibarlılıqda ən yüksək standartlara cavab verən sistem kimi qiymətləndirib. ƏMAS-ın hökumət və vətəndaş cəmiyyəti institutları, özəl sektor və vətəndaşlar üçün uğurlu bir layihə olduğu xüsusi vurğulanıb.
“The IDC Future Enterprise Awards” müsabiqəsi rəqəmsal strategiyalar üzrə ən yaxşı təcrübələri bölüşmək, davamlı rəqəmsal həllərin tapılmasına yardımçı olmaq, güvənli e-layihələri önə çıxarmaq məqsədi daşıyır.
Müsabiqəyə İsveç, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsveçrə və Türkiyə də daxil olmaqla bir çox ölkələrdən 600-dən çox layihə təqdim edilib, onlardan 19-u, o cümlədən ƏMAS qaliblər siyahısında yer alıb.
Xatırladaq ki, 2022-ci ildə istifadəyə verilmiş “Əmək və Məşğulluq” altsistemi ötən il BMT-nin “Cənub-Cənub” əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.
Beynəlxalq Telekommunikasiya İttifaqının “Ümumdünya İnformasiya Cəmiyyəti Sammiti Forumu - 2023”-də isə ƏMAS “Çempion layihə” seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA