zamanlabirge.az
zamanlabirge.az

“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”

21-11-2023, 10:54

“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi” Xəbər verildiyi kimi, müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Sertifikasiya imtahanında həm test, həm də müsahibə mərhələsindən maksimum nəticə əldə edən müəllimlərdən biri 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalovadır.
Belə ki, Kəminə Zalova sertifikasiyanın test imtahanı mərhələsindən 60, müsahibə mərhələsindən 40 bal toplayıb.
AzEdu.az təhsil portal olaraq Kəminə müəllimlə müsahibəmizi təqdim edirik.
- Sertifikasiyanın test mərhələsində istifadə olunan sualların səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?
- İmtahanda xüsusi ilə ixtisas sualları çox asan gəldi. Düşündüm ki, görəsən hər sinifdə tədris etdiyim fənn üzrə neçə şagirdim bu suallara rahat cavab verə bilər? 25 illik təcrübəm müddətində 5 – 11- ci siniflər üzrə keçdiyim fənn, mənə heç vaxt çətin görünmür. Bu mənim işimdir. O sualları düzgün cavablandırmaq borcumdur. Bəzi müəllimlər sualların çətinliyindən şikayətçidirlər. Ola bilsin ki, həmin müəllim bütün siniflər üzrə fənni tədris etmir deyə bəzi mövzular onlara qaranlıq qalıb. Amma mən hər gün, hətta xəstə olanda belə bülleten hüququndan istifadə etmədən dərs keçdiyim üçün suallar mənə asan idi. Metodika suallarına isə aprel-may aylarında əlavə məşğələlərlə hazırlaşmışam.
- Həm test, həm də müsahibə mərhələsində yüksək bal toplayacağınıza inanırdınız?
- Bəli. İki aylıq əziyyətimin nəticəsində həm test, həm də müsahibə mərhələsində yüksək bal toplayacağıma inanırdım. Çünki dəfələrlə öz üzərimdə öyrəndiklərimi tətbiq edirdim. Həm də qeyd edim ki, yüksək nəticəni müəllim kollektivi və şagirdlərin etimadına borcluyam. Bu qədər insan mənə inandığı halda o inamı doğrultmaya bilməzdim. Buna mənəvi haqqım çatmazdı. Ona görə də var gücümü metodika hazırlığına sərf etdim.
Müsabiqənin test mərhələsindən bir gün əvvəl məktəbimizdə keçirilən pedaqoji yığıncaqda direktor - müəllim kollektivi mənim 60 bal toplayacağıma inandıqlarını vurğuladılar. İmtahana məhz bu motivasiya ilə daxil oldum.
- Bəs imtahana hazırlıq mərhələniz necə keçdi?
- İmtahandan əvvəl ixtisasdan heç bir hazırlığa ehtiyac duymadım. Mən ali məktəbdə oxuduğum dövrdə ənənəvi tədris üsullarını, tədris dövründə isə təcrübü biliklərimi inkişaf etdirdiyim üçün təkcə metodikadan öyrənməli olduğum məqamlar var idi. Onları da təkmilləşdirərək istədiyim nəticəni əldə etdim.
- Kəminə müəllim, müsahibə sualları hansı mövzuları əhatə edirdi?
- Müsahibə sualları bizim fəaliyyətimiz boyu gündəlik dərs keçmə üsul və metodlarını əhatə edirdi. Məsələn: Formativ qiymətləndirmə ilə bağlı valideyn etirazı yaranarsa, buna necə cavab verərsiniz? Həmin sualı da illərin təcrübəsinə uyğun cavablandırdım.
- Müsahibə bitdikdən sonra öz cavablarınızdan qane oldunuz?
- Müsahibə bitdikdən sonra axşama kimi sualları və verdiyim cavabları əvvəlcə öz beynimdə, daha sonra isə həmkərlarımla analiz etdik. Və belə qərara gəldim ki, həm sərbəstlik, həm də özünü təqdimetmə baxımından qənaətbəxş cavablar vermişəm.
- Sertifikasiya imtahanlarının keçirilməsinin tərəfdarısınız? Sizcə bu imtahan müəllimlərin fəaliyyətində hansı rol oynayır?
- Əvvəldən sertifikasiya imtahanının keçirilməsinə dəstək olmuşam. Bu proses Müəllim-şagird üçün rol modeldir. Hər il onlarla şagirdi buraxılış, yaxud qəbul imtahanları verən müəllim, özü də şagirdlərə nümunə olmaq üçün sertifikasiya imtahanında sevə-sevə iştirak etməlidir. Bu imtahan hər müəllimə öz fəaliyyətindəki boşluqları göstərdi. Mən etiraf edirəm ki, motedikadan bəzi nəzəri materiallara yenidən baxmalı idim. Mənə görə müəllim ömrü boyu öyrənmə prinsipi ilə yaşamalıdır. Mənim tanıdığım müəllimlərin bir neçəsi səmimi şəkildə etiraf edirdi ki, yeni tədris ilindən etibərən yeni müəllim kimi sinifə daxil olacayıq. Bütün bunlar sertifikasiya imtahanlarının nəticəsidir.
- Növbəti sertifikasiya imtahanlarına hazırlaşan müəllimlərə tövsiyələriniz nələrdir?
- Tövsiyəm bundan ibarətdir ki, əvvəlcə özlərinə inansınlar. Uzun illər bir fənni tədris edən müəllim üçün imtahanın heç də çətin olmadığını bilsinlər. Bundan başqa müəllimlər hazırlıq prosesində özlərinə imtahan üçün plan tərtib edərək, hansı mövzunu yaxşı, hansını zəif bildiklərini müəyyənləşdirə bilərlər. Sertifikasiya imtahanında toplanan balın rəqəmi önəmli deyil. Önəmli olan yeni tədris ilində şagirdlərin qarşısına yeni biliklər əldə etmiş müəllim kimi çıxmaqdır. Bu prinsiplə çalışan müəllimlər əminəm ki, həmişə uğur əldə edəcək.
“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”“Örnək müəllim”: “Sertifikasiya müəllimlərin fəaliyyətindəki boşluqları göstərdi”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA