zamanlabirge.az
zamanlabirge.az

Tədris günlərinin sayı ilə bağlı müzakirələrə başlamalıyıq - Nazir

29-12-2023, 11:30

Tədris günlərinin sayı ilə bağlı müzakirələrə başlamalıyıq - Nazir Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil.
"Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.
Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir", - deyə E. Əmrullayev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA